COVID-19-un yayılması səbəbiylə dünya iqtisadiyyatına vurulan ümumi zərər iki ildə beş trilyon dollardan çox olacaq.
FED.az xəbər verir ki, bu barədə “Wall Street” banklarının hesablamalarına istinadən məlumat verilir. Məlumatda deyilir ki, dünyanın 1930-cu illərdən bəri sülh dövründə ən dərin tənəzzülə uğradığı bildirilir.
Bu, virusun yayılmasına görə ölkələrin əksər müəssisələri bağlamağa məcbur olması ilə əlaqədardır.
Ekspertlər tənəzzülün qısamüddətli olacağını proqnozlaşdırırlar, lakin iqtisadiyyatın böhrandan əvvəlki səviyyəyə qayıtması üçün ən azı iki il vaxt lazım olduğunu da qeyd edirlər.
Xatırladaq ki, koronavirus martın 11-də Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən pandemiya elan edilib.
Oxu