ABŞ iqtisadiyyatı dünya üçün ciddi nəticələrə səbəb olacaq yeni "superdövr"ə qədəm qoyub.
"Nankorluq ABŞ ilə bağlı istifadə olunacaq ən sərt söz deyil"
FED.az xəbər verir ki, bu barədə Business Insider (BI) yazır.
Məqalədə qeyd olunur ki, əvvəlki dövr ABŞ Federal Ehtiyat Sisteminin (FRS) 2008-ci ildə əsas faiz dərəcəsini 0 %-ə endirməsi ilə səciyyələnir ki, qlobal maliyyə sisteminə zərbə vurub.
Qeyd olunur ki, yeni mərhələyə keçid Vaşinqtonun maliyyə siyasətinin bütün proqnozların əksinə olan nəticələri ilə sübut olunur. BI-nin məlumatına görə, yeni iqtisadi superdövrün səciyyəvi cəhəti ölkənin mərkəzi bankı olan ABŞ Federal Ehtiyat Sisteminin (FRS) əsas dərəcəsinin yüksək olmasıdır. Eyni zamanda, dünyada siyasi və iqtisadi qeyri-sabitlik səbəbindən yüksək risklər və inflyasiya təsirləri ola bilər.
İqtisadçıların proqnozlarına görə, gələcəkdə FED-in uçot dərəcəsi təxminən 3,5 % təşkil edəcək ki, bu da kreditlərin bahalaşmasına, əmanətlərin və onlar üzrə gəlirlərin artmasına, iqtisadi artıma, eləcə də işçi qüvvəsinə tələblərin sərtləşməsinə səbəb olacaq. (Report)