İranın qonşu ölkələrlə ticarət dövriyyəsi artıb.
FED.az xəbər verir ki, bunu İranın Gömrük İdarəsinin rəisi Əlirza Müqəddəsi deyib.
Onun sözlərinə görə, 2021-ci ilin mart ayından 2022-ci ilin mart ayına kimi İranın qonşu ölkələrlə ticarət dövriyyəsi 52 milyard dollar təşkil edib.
Əlirza Müqəddəsi qeyd edib ki, bu müddət ərzində İrandan Azərbaycana 565 milyon dollar (11% artım) dəyərində məhsul ixrac olunub.
O qeyd edib ki, bu müddət ərzində Azərbaycandan İrana 42,6 milyon dollarlıq məhsul idxal olunub. (Apa)