BAİ İqtisadi Qrupu keçmiş SSRİ ölkələri müstəqillik qazandıqdan sonra adambaşına düşən ÜDM-nin həcminin necə dəyişdiyini araşdırıb.
Məlum olub ki, SSRİ dağılandan sonra Baltikyanı respublikalar adambaşına düşən ÜDM-nin həcminə görə dərhal irəli çıxıblar.
2021-ci ilin yekununda bu ölkələrdə adambaşına ÜDM həcmi 20-27 min dollar arasında dəyişib.
Onları Rusiya və Qazaxıstan izləyib.
ÜDM-in adambaşına düşən ən aşağı göstəricisi Tacikistan (897 dollar) və Qırğızıstandadır (1276 dollar).
Azərbaycan bu göstəriciyə görə 15 ölkə arasında 8-ci yeri tutur. Adambaşına düşən ÜDM göstəricisi 5 384 dollar təşkil edib.