Beynəlxalq Valyuta Fondu (IMF) 2024-cü il üçün Azərbaycanda iqtisadi artım proqnozunu 3,2 %-ə qədər artırıb.
Dünya Bankı 2024-2025-ci illər üçün Azərbaycanda iqtisadi artım proqnozunu yaxşılaşdırıb
FED.az xəbər verir ki, bu, “World Economic Outlook” hesabatının oktyabr sayında öz əksini tapıb.
Aprel ayında IMF cari il üçün Azərbaycanda iqtisadi artımı 2,8 % səviyyəsində proqnozlaşdırırdı. Yeni hesabata əsasən, 2025-ci ildə artımın 2,5 % olacağı (2,3 % səviyyəsində aprel proqnozuna qarşı) gözlənilir, 2029-cu il üçün proqnoz isə 2,4 % səviyyəsində saxlanılıb.
Ümumilikdə, Yaxın Şərq və Mərkəzi Asiya regionu üzrə iqtisadi artım 2024-cü ildə 2,4 %, 2025-ci ildə 3,9 %, 2029-cu ildə 3,8 % səviyyəsində proqnozlaşdırılır.
Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-sentyabr aylarında ölkədə 92,8 milyard manatlıq ümumi daxili məhsul (ÜDM) istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % çoxdur. Neft-qaz sektorunda əlavə dəyər 0,9 %, qeyri-neft-qaz sektorunda isə 7,1 % artıb.
Azərbaycan hökuməti 2024-cü ildə ÜDM artımını 4,2 %, 2025-ci ildə 3,5 %, 2026-cı ildə 2,8 %, 2027-ci ildə 3,8 %, 2028-ci ildə 3,3 % səviyyəsində proqnozlaşdırır. Eyni zamanda, bu il neft-qaz sektorunda 0,3 %, 2025-ci ildə 0,5 % artım, 2026-2028-ci illərdə isə müvafiq olaraq 3 %, 0,1 % və 2,1 % azalma olacaq. Qeyri-neft-qaz sektorunda sabit artım gözlənilir: 2024-cü ildə 6,4 %, 2025-ci ildə 4,9 %, 2026-2028-ci illərdə təxminən 5 %.
2023-cü ildə Azərbaycanda ÜDM 1,1 % artıb. (Report)