2024-cü ilin yanvar-fevral aylarında sahibkarlıq subyektlərinin müraciəti əsasında ixrac olunan mallara İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən malın mənşə ölkəsini təsdiq edən 10 887 sertifikat verilib.
"Ötən il 72 mindən çox mənşə sertifikatı verilib"
FED.az xəbər verir ki, Dövlət Xidmətinin məlumatına əsasən, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 24,5% artım deməkdir.