Yüksək iqtisadi artım templəri nümayiş etdirən Hindistan əvvəllər düşünüldüyü kimi, 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına sahib ola bilər.
Hindistan vətəndaşı Azərbaycanda 50 min manatlıq şirkət yaradıb
FED.az xəbər verir ki, Hindistan Ehtiyatlar Bankının rəhbərinin müavini Maykl Debabrata Patra jurnalistlərə bildirib ki, respublikanın 2060-cı ilə qədər ən böyük iqtisadiyyata çevrilmək imkanı da var.
"Hindistanın özünəməxsus güclü tərəflərini nəzərə alsaq, ölkənin 2048-ci ilə deyil, artıq 2031-ci ilə qədər dünyanın ikinci ən böyük iqtisadiyyatına çevriləcəyini və 2060-cı ilə qədər dünyanın ən böyük iqtisadiyyatı olacağını demək olar", - Patra bəyan edib.
O, bildirib ki, ölkə 2030-cu ilə qədər mal və xidmətlərin ixracını hazırkı 768 milyard dollardan 1 trilyon dollara çatdırmaq üçün səyləri artırmalıdır. (Oxu.az)