Bu ilin fevral ayında Gürcüstanda istehlak qiymətləri indeksi yanvar ayına nisbətən 101,1 %, ötən ilin fevral ayı ilə müqayisədə isə 103,6 % təşkil edib.
Eləcə də bax: Gürcüstanın Azərbaycana borcu - Açıqlanıb
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin hesabatında bildirilir.
Sənədə əsasən, ötən ay qonşu ölkədə ərzaq və spirtsiz içkilər 1,1 %, nəqliyyat xidməti 2,5 %, restoran və mehmanxana xidməti isə 3,7 % bahalaşıb.
Son1 ildə isə ərzaq və spirtsiz içkilər 6,2 %, tütün və spirtli içkilər 8,1 %, sağlamlıq xidməti 9,8 % qiymət artımı, kommunal xidmətlər isə 21,2 % qiymət azalması nümayiş etdirib. (Report)