Xəbər verildiyi kimi, Azərbaycan Mərkəzi Bankı (AMB) ənənəvi olaraq ilin sonunda 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatı açıqlayıb. FED.az xəbər verir ki, bəyanatda iqtisadiyyatın və bank sektorunun cari vəziyyəti, baş verən proseslər, əsas tendensiyalar, o cümlədən xarici təsirlər və bu sahədə görüləcək işlər açıqlanıb.
2018-ci il üçün AMB-nin əsas mesajları bunlardır:
Bank sektoruna dəstək davam edəcək
2018-ci ildə dolların məzənnəsində ciddi dəyişiklik gözlənilmir
Maliyyə və iqtisadi sektorun daha da inkişafı üçün struktur islahatları davm etməli və biznes mühit yaxşılaşmalıdır
İllik İnflyasiya üçün hədəf 6-8% ətrafındadır.
İqtisadiyyat üçün əsas risk dünya bazarında neftin qiymətinn büdcədəki həddən (45 dollardan) aşağı düşməsidir.