Ermənistanın dövlət borcu 2024-cü ilin sonunda artaraq ümumdaxili məhsulun (ÜDM) 47 faizindən 48,4 faizinə çatacaq.
İran dəhlizi məsələsindən sonra Ermənistan əl-ayağa düşüb - “Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq”
FED. az xəbər verir ki, Ermənistan hökumətinin dövlət büdcəsinin məlumatları bunu təsdiqləyir.
Qeyd edək ki, Ermənistanın dövlət borcu 31 avqust 2023-cü il tarixinə 11 milyard 387 milyon dollara çatıb.
Ermənistanın Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin yanvar-avqust ayları ərzində Ermənistanın dövlət borcu 757,7 milyon dollar və ya 7,5 faiz artıb.
Ölkənin beynəlxalq təşkilatlar və xarici dövlətlər qarşısındakı xarici borcu isə dollar ifadəsində 194 milyon dollar artaraq, 6 milyard 88 milyon dollara çatıb.
Bundan başqa, Ermənistanın Mərkəzi Bankının dollarla borcu da 1,5 faiz və ya 8,5 milyon dollar artıb. (Trend)