Bu ilin I yarısında Dövlət Gömrük Komitəsinin xətti ilə büdcəyə 2 038,2 milyon manat vəsait daxil olub.
Eləcə də bax: Azərbaycanın icmal büdcəsində 3 milyard manata yaxın - Qalıq Yaranıb
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.
Məlumata görə, bu, proqnoza nisbətən 259,7 milyon manat və yaxud 20,2% çox, ötən ilin eyni dövrü ilə müqayisədə isə 18,4 milyon manat və yaxud 0,9 % çoxdur. (Report)