Beynəlxalq Valyuta Fondunun (BVF) direktoru Kristalina Georgiyeva bildirib ki, 2020-ci ildə dünya iqtisadiyyatını Böyük Depressiya illərindən (ABŞ-da 1930-cu illərin əvvəlindən baş vermiş böyük iqtisadi böhran) bəri ən byöük sarsıntılar gözləyir.
Eləcə də bax: Koronavirusun dünya iqtisadiyyatına vurduğu - MADDİ ZƏRƏR HESABLANDI
FED.az xəbər verir ki, onun sözlərinə görə, pandemiya ildırım sürətilə hazırkı nəslin görmədiyi səviyyədə iqtisadiyyatda və insanların yaşam tərzində sarsıntı yaratdı: «3 ay əvvəl 160 ölkədə əhalinin gəlirlərində artım proqnozlaşdırmışdıq, amma indi 170 ölkədə gəlirlərin azalmasını gözləyirik».
Artıq məlumdur ki, koronavirus səbəbindən 2020-ci ildə dünya iqtisadiyyatında kəskin geriləmə olacaq. BVF-nin direktoru bildirib ki, dünya iqtisadiyyatı indiyədək görünməyən böhranla üzləşəcək. Və bundan hamı, o cümlədən həm inkişaf eptmiş, həm də inkişaf etməkdə oan ölkələr zərər çəkəcək.
Georgiyeva bildirib ki, hətta koronavirus pandemiyası 2020-ci ilin ikinci yarısında başa çatsa da, dünya iqtisadiyyatının inkişafı yalnız 2021-ci ildən başlayacaq.