FED.az xəbər verir ki, “Qəbələ-Tütün” ASC səhmdarlarının növbəti ümumi yığıncağı Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi 3097-ci məhəllədəki inzibati binada 29 iyun 2018-ci il saat 15.00 -da keçiriləcəkdir .
Ümumi yığıncağın gündəliyi:
1. Cəmiyyətin illik hesabatının, balansının, mənfəət və zərər hesabatları- nın təsdiq olunması.
2. Cəmiyyətin baş direktorunun seçilməsi.
3. Cəmiyyətin bütün əmlakının inventarlaşdırılmasının aparılması.
4. Cəmiyyətin balansındakı yararsız metal tullantılarının istifadə olunması.
Ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanışlıq üçün aşağıdakı ünvana və telefon nömrəsinə müraciət etmək olar: Bakı şəhəri, Binəqədi rayonu, Ziya Bünyadov küçəsi 3097-ci məhəllə, (050) 222 07 22. Nəzərinizə çatdırırıq ki, səhmdar ümumi yığıncaqda iştirak hüququnu bilavasitə özü və ya nümayəndəsi vasitəsilə həyata keçirilə bilər.
Bu zaman səhmdarın nümayəndəsi qanunvericiliklə müəyyənləşdirilmiş qaydada tərtib edilmiş etibarnaməyə malik olmalıdır. Ümumi yığıncaqda iştirak edən səhmdar və ya nümayəndəsi şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməlidir.
“Qəbələ-Tütün” ASC-nin müşahidə şurası
Baş direktor seçiləcək - İCLAS
09:44
18 May 2018