Bu ilin yanvar ayında Azərbaycan xarici ölkələrlə 4,061 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
Eləcə də bax: Azərbaycanda idxal və ya ixrac ilə məşğul olan özəl şirkətlərin sayı - 8 MİNİ KEÇİB
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsinin bildirdiyinə görə, bu, ötən ilin eyin dövrü ilə müqayisədə 68,4% çoxdur.
Ötən ay xarici ticarət döviryyəsinin 3,087 milyard dolları ixracın, 0,975 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 90,1 %, idxal isə 23,7 % artıb.
Son nəticədə xarici ticarətdə 2,112 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 2,5 dəfə çoxdur.