Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 3,9% azalaraq 52 074 mln. manat təşkil edib.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə qeyri-neft ÜDM-i 2,4% azalaraq 36 319,6 mln. manata enib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 222,5 manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7% azalıb.(Apa)