2020-ci ildə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsinin həcmi 2,672 mlrd. ABŞ dolları təşkil edib ki, bu da 2019-cu ilə müqayisədə 350,5 mln. dollar və ya 11,6% azdır.
FED.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, hesabat dövründə ixracın həcmi 22,436 mln. dollar və ya 3,1% azalaraq 709,390 mln. dollar, idxalın həcmi isə 328,064 mln. dollar və ya 14,3% azalaraq 1,962 mlrd. dollar təşkil edib.
Nəticədə, 2020-ci ildə 1,253 mlrd. dollarlıq mənfi ticarət saldosu yaranıb ki, bu göstərici 2019-cu il ilə müqayisədə 305,628 mln. dollar və ya 19,6% azalıb.