Dövlət Statistika Komitəsi iqtisadiyyatda işləyənlərin sayını və orta aylıq əmək haqqı barədə məlumatları açıqlayıb.
FED.az DSK-a istinadən xəbər verir ki, 2019-cu il fevralın 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,0 faiz artaraq 1523,8 min nəfər olmuş, onlardan 862,8 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 661,0 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərmişdir.
Eləcə də bax: Azərbaycanda adambaşına düşən ÜDM 685 dollar olub
Muzdla işləyənlərin 21,9 faizi təhsil, 18,9 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 13,1 faizi sənaye, 8,6 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 6,6 faizi tikinti, 4,6 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,7 faizi maliyyə və sığorta fəaliyyəti, 10,8 faizi isə iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.
2019-cu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 557,2 manat olmuşdur. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olmuşdur.
Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb
12:19
15 Mart 2019