2020-ci ilin yanvar-mart aylarında 10,6 milyard manatlıq və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 0,8 faiz çox sənaye məhsulu istehsal edilib.
Eləcə də bax: "Pandemiya ərzaq, dərman, tütün və spirtli içki istehsalına təsir etməyib"
FED.az xəbər verir ki, sənayenin qeyri neft-qaz sektorunda məhsul istehsalı 23 faiz artıb. Bu dövrdə neft hasilatı 3,9 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 15,3 faiz artıb.
Sənaye məhsulunun 65,5 faizi mədənçıxarma sektorunda, 28,4 faizi emal sektorunda, 5,4 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 0,7 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunub. 2020-ci ilin birinci rübündə
İstehsalı artan məhsullar
avtomobil, qoşqu və yarımqoşquların istehsalı 7,3 dəfə,
kompüter, elektron və optik məhsulların istehsalı 3,9 dəfə,
metallurgiya sənayesi məhsullarının istehsalı 2,1 dəfə,
içkilərin istehsalı 2,1 dəfə,
sair nəqliyyat vasitələrinin istehsalı 66,7 faiz,
əczaçılıq məhsullarının istehsalı 36,7 faiz,
ağacın emalı və ağacdan məmulatların istehsalı 28,0 faiz,
tütün məmulatlarının istehsalı 28,0 faiz,
kimya sənayesi məhsullarının istehsalı 25,7 faiz,
rezin və plastik kütlə məmulatlarının istehsalı 25,0 faiz,
poliqrafiya məhsullarının istehsalı 20,2 faiz,
kağız və karton istehsalı 20,2 faiz,
elektrik avadanlıqlarının istehsalı 18,3 faiz,
mebel istehsalı 14,1 faiz,
toxuculuq sənayesi məhsullarının istehsalı 10,5 faiz,
geyim istehsalı 10,0 faiz,
neft məhsullarının istehsalı 9,6 faiz,
qida məhsullarının istehsalı 5,3 faiz,
hazır metal məmulatlarının istehsalı 2,7 faiz.
İstehsalı azalan mallar
tikinti materiallarının istehsalı 14,8 faiz,
maşın və avadanlıqların istehsalı 16,0 faiz,
maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 20,7 faiz,
dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 60,7 faiz azalıb.
Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 17,1 faiz, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 4,2 faiz artıb.