2020-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi
əvvəlki aya nisbətən 100 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 101,4 faiz təşkil
edib.
FED.az-ın xəbərinə görə, bu barədə Dövlət Statistika komitəsindən məlumat verilib.
2020-ci ilin sentyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100,1 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 101,2 faiz olub.
2020-ci ilin sentyabr ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi, qruplar səviyyəsində, əvvəlki aya nisbətən, faizlə göstəriciləri aşağıdakı kimidir:
Cari ilin sentyabr ayında əvvəlki aya nisbətən ayrı-ayrı ərzaq məhsullarından daha
çox bahalaşma yumru düyünün, qarabaşaq yarmasının, təzə və dondurulmuş balığın,
brınza pendirinin, kəsmiyin, portağalın, bananın, gavalının, qozun, fındığın, xiyarın,
pomidorun, bibərin, badımcanın, yerkökünün, çuğundurun, kartofun, soğanın, mərcinin qiymətlərində qeydə alınıb.
Ucuzlaşma isə əsasən limonun, naringinin, almanın, armudun, heyvanın, narın, üzümün, çiyələyin, kivinin, kələmin, balqabağın, göy lobyanın, sarımsağın, arağın, pivənin qiymətlərində müşahidə olunub.
Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.