Azərbaycanda əhalinin hər nəfərinə düşən ÜDM 1163,8 manata bərabər olub.
FED.az xəbər verir ki, bu haqda Dövlət Statistika Komitəsi məlumat açıqlayıb.
Eləcə də bax: Azərbaycanda orta aylıq əmək haqqı 7% artıb
Məlumata görə, 2019-cu ilin yanvar-fevral aylarında ölkədə 11484,5 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz çox
ümumi daxili məhsul istehsal edilmişdir.
ÜDM istehsalının 47,2 faizi sənayenin, 10,1 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 5,4 faizi tikintinin, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 15,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,2 faizini təşkil etmişdir.
.
Azərbaycanda adambaşına düşən ÜDM 685 dollar olub
12:25
15 Mart 2019