“Şuşa Bəyannaməsini parlamentlərimiz ratifikasiya ediblər. Biz Şuşa Bəyannaməsi ilə tarixi addım atdıq”.
Eləcə də bax: Azərbaycan Rusiyaya qeyri-neft sektoru üzrə ixracı 66%, Türkiyəyə 34% - ARTIRIB
FED.az xəbər verir ki, bunu bu gün xarici işlər naziri Ceyhun Bayramovla görüşdən sonra keçirilən brifinqdə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Çavuşoğlu deyib ki, Şuşa Bəyannaməsi müxtəlif istiqamətləri əhatə edir və bu istiqamətlərdə birgə çalışırlar: “Ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəf qoyulub. Sərbəst ticarət anlaşması ilə bağlı müzakirələrə başlamağımız da önəmlidir. Bu istiqamətdə də çalışacağıq”.(Apa)