2022-ci ilin yanvar ayında Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı $232,2 milyon təşkil edib ki, bu da 2021-ci ilin yanvar ayının göstəricisindən 59% çoxdur.
Eləcə də bax: Azərbaycanın qeyri-neft ixracı yanvarda - KƏSKİN ARTIB
FED.az xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısında əsas həcm pambıq mahlıcı 22,2 milyon ABŞ dolları (artım 55,2%), xurma 17,1 milyon ABŞ dolları (artım 2,4%), meşə fındığı – 15,9 milyon ABŞ dolları (artım 55,9%), karbamidin - $14,6 milyon (artım 14,6 dəfə), pomidor – 13,7 milyon ABŞ dolları (artım 98,6%), metanolun (metil spirti) – $11,9 milyon (2021-ci ilin yanvar ayında ixrac həyata keçirilməyib), ilkin formalı polietilen (xüsusi kütləsi 0,94-dən az) – 11,5 milyon ABŞ dolları (artım 66,6%), ilkin formalı polietilenin (xüsusi kütləsi 0,94-dən çox) – 10,5 milyon ABŞ dolları (artım 3,6 dəfə), ilkin formalı polipropilenin – 10,3 milyon ABŞ dolları (artım 2%) payına düşüb.
Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($71,1 milyon – artım 66,1%), Türkiyə ($70,6 milyon – artım 34%), İsveçrə ($7,6 milyon – azalma 24%), Gürcüstan ($14,5 milyon – artım 2.3 dəfə) və İtaiya ($11 milyon – artım 3,2 dəfə) daxil olub. Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 30,6%-i RF-nin, 30,4%-i Türkiyənin payına düşüb.
2021-ci ildə Azərbaycan $2,7 milyard məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2020-cu ilin göstəricisindən 47,2% azdır. İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2026-cı ilə qədər Azərbaycanın qeyri-neft ixracı $5 milyarda qədər artacaq. (İnterfaks-Azərbaycan)