“Aqroeksport” Federal Mərkəzi Rusiya Federasiyasından makaron məmulatlarının tədarükü üçün ən perspektivli bazarları olan 11 ölkəni açıqlayıb.
Azərbaycanda makaron istehsalı 32% azalıb
FED.az xəbər verir ki, mərkəzin apardığı araşdırmaya görə, bu ölkələr Çin, Tacikistan, Qazaxıstan, BƏƏ, Azərbaycan, Özbəkistan, Cənubi Koreya, Səudiyyə Ərəbistanı, Belarus, Gürcüstan və Malayziyadır.
2022-ci ildə ən böyük həcm Qazaxıstana ($38,3 milyon dəyərində 23,9 min ton), Belarusa ($36,3 milyon dəyərində 20,5 min ton) və Gürcüstana ($12,7 milyon dəyərində 13,4 min ton) tədarük edilib. Ötən il Rusiya $148 milyon dəyərində makaron məmulatları ixrac edib ki, bu da 2021-ci ilin göstəricisindən 30% çoxdur. Araşdırmada qeyd edilir ki, ixrac miqdar ifadəsində bir qədər azalıb, bu isə daha yüksək qiymət seqmentinə aid məhsul tədarükünün artdığını göstərir. (İnterfaks-Azərbaycan)