2022-ci ilin yanvar-may aylarında əsas kapitala 4915,5 milyon manat məbləğində, yaxud 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 3,2% az vəsait yönəldilib.
Eləcə də bax: Azərbaycanın qeyri-neft-qaz sektoruna investisiyalar - 15%-DƏK ARTIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 23,6% azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,6% artıb.
İstifadə olunmuş vəsaitin 2829,6 milyon manatı və ya 57,6%-i məhsul istehsalı sahələrinə, 1799,0 milyon manatı (36,6%-i) xidmət sahələrinə, 286,9 milyon manatı (5,8%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Yanvar-aprel aylarında əsas kapitala yönəldilmiş vəsaitlərin 1 milyard 258,2 milyon manatını və ya 25,6%-ni xarici, 3 milyard 657,3 milyon manatını və ya 74,4%-ni daxili vəsaitlər təşkil edib.
2021-ci ildə Azərbaycanda əsas kapitala yönəldilmiş vəsaitin həcmi 8,2% azalıb. (İnterfaks-Azərbaycan)