Bu ilin yanvar-may aylarında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 5 milyard 858,2 milyon manat məbləğində vəsait yönəldilib.
S&P Azərbaycanın iqtisadi artım proqnozunu - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. Bu, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 15,9 % çoxdur.
Neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 18,9 %, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 14,2 % artıb. İstifadə olunmuş vəsaitin 3 milyard 432,5 milyon manatı və ya 58,6 %-i məhsul istehsalı sahələrinə, 2 milyard 097,8 milyon manatı (35,8 %-i) xidmət sahələrinə, 327,9 milyon manatı (5,6 %-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 314,5 milyon manatını və ya 73,6 %-ni daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilmiş vəsaitlərin 4 milyard 124,3 milyon manatı və ya 70,4 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilmiş vəsaitin ümumi dəyərində müəssisə və təşkilatların öz vəsaitləri 48,6 %, büdcə vəsaitləri 35,6 %, əhalinin şəxsi vəsaitləri 6,7 %, bank kreditləri 3,4 %, sair vəsaitlər isə 5,7 % təşkil edib.