Bu ilin ilk yarısında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanın əsas kapitalına 2 309,1 mln. manat vəsait yönəldilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 145,3 mln. manat və ya 5,9% azdır.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 4,3%-ə Çatıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına görə, hesabat dövründə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2 037,3 mln. manatı (88,2%-i) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Norveç, Virgin adaları, Malayziya, Fransa, Rusiya və İran sərmayədarlarına məxsus olub. (Apa)