Bu ilin yanvar-may aylarında Azərbaycanda 50 milyard 867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 % çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Eləcə də bax: Azərbaycanda illik inflyasiya - 12,6 % TƏŞKİL EDİB
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Bildirilir ki, iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5 %, qeyri neft-qaz sektorunda isə 11 % arıb.
ÜDM istehsalının 54,7 %-i sənaye, 7,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14,5 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 %-ni təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 5 063,1 manata bərabər olub.