Aİ Rusiyaya qarşı 14-cü sanksiyalar paketini qəbul edib.
FED.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
14-cü paketdə Aİ Rusiyanın 116 fiziki və hüquqi şəxsinə qarşı sanksiya tətbiq edib.
Sanksiyalara o cümlədən, Rusiya şift qazının Avropa limanları vasitəsilə tranzitinə məhdudiyyətlər daxildir. (Apa)