2020-ci ildə ABŞ-da ÜDM 3,5% azalıb.
Eləcə də bax: ABŞ iqtisadiyyatı son 76 ildə rekord səviyyədə - Azalıb
FED.az xəbər verir ki, bu barədə ABŞ-ın ticarət nazirliyinin iqtisadi analiz bürosu məlumat yayıb.
Qurumun məlumatına görə, bu 1946-cı ildən bəri ən böyük azalmadır. Həmin il ABŞ iqtisadiyyatında 11,6% geriləmə olmuşdu.
Nazirlikdə o da bildirilib ki, bu 2009-cu ildən bəri ABŞ iqtisadiyyatının ilk geriləməsidir. Xatırladaq ki, 2009-cu ildə, məşhur ipoteka böhranı nəticəsində ABŞ iqtisadiyyatında geriləmə 2,5% olmuşdu.
Qeyd edək ki, 2020-ci ilin ikinci rübündə ABŞ-da iqtisadi geriləmə 32,9% olmuşdu.