2023-cü ilin yanvar-avqust aylarında Avropa İttifaqı (Aİ) ölkələrindən Azərbaycana ətir və tualet suyu ixracı illik hesablamada 9,6% - 183 tonadək artıb.
Aİ ölkələri 7 ayda Azərbaycana minik avtomobillərinin ixracını - 1,8 DƏFƏ ARTIRIB
FED.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Statistika İdarəsi (Avrostat) bildirir.
Statistik məlumatlara əsasən, tədarük pul ifadəsində 37,2% artaraq 12,724 milyon avroya çatıb.
Avqust ayında qeyd olunan məhsulların Azərbaycana tədarükü ildən ilə 22,2% azalaraq 21 ton, onların dəyəri 1,7 dəfə azalaraq - 1,145 milyon avro təşkil edib.
8 ay ərzində ixracatçılar arasında pul ifadəsində yenidən Almaniya (6,355 milyon avro, artım 44,6%) lider olub.
Yanvar-avqust aylarında Azərbaycan bazarına ətir və tualet suyu tədarükü üzrə pul ifadəsindəilk üçlüyə həmçinin Fransa – 2,952 milyon avro (artım 40,9%) və İtaliya – 1,554 milyon varo (artım 1,7 dəfə) daxil olub.
Avrostatın məlumatına görə, 2022-ci ildə Aİ ölkələri Azərbaycana ətir və tualet suyu tədarükünü 2021-ci illə müqayisədə 2,5% - 306 tonadək artırıb. Pul ifadəsində ixrac 1,6 dəfə artaraq 17,13 milyon avroya çatıb. (İnterfaks-Azərbaycan)