İqtisadiyyat Nazirliyi 2021-ci ildə Azərbaycanda ÜDM-in 3,4% artacağını proqnozlaşdırır.
Eləcə də bax: Mərkəzi Bank inflyasiya - Proqnozlarını Yeniləyib
FED.az xatırladır ki, İqtisadiyyat Nazirliyinin 2021-ci il üçün iqtisadi inkişafla bağlı hazırladığı 3 proqnoz ssenarisinə əsasən, Azərbaycanda ÜDM dünya bazarlarında neftin qiymətindən asılı olaraq 3%-dən 3,8%-ə qədər artacaq.
“Nazirliyin yenilənmiş proqnozlarına əsasən, 2021-ci ildə ÜDM-in real ifadədə 3,4% artaraq 75,8 milyard manata çatacağı proqnozlaşdırılır. Gələn il qeyri-neft sektorunda ÜDM 3,1%, neft sektorunda ÜDM 4% artacaq”, - deyə məlumatda bildirilir.
İqtisadiyyat Nazirliyi 2020-ci ildə ÜDM-in real ifadədə 4% azalaraq 71,8 milyard manat olacağını proqnozlaşdırır, qeyri-neft ÜDM-i 2,9%, neft ÜDM-i 5,8% azalacaq.
2020-ci ilin yekunları üzrə orta illik inflyasiyanın 2,8% (2019-cu ildə 2,6%), 2021-ci ildə isə 3% səviyyəsində olacağı proqnozlaşdırılır.
Daha əvvəl Azərbaycan hökuməti 2020-ci ilin yekunları üzrə ÜDM-in dünya bazarlarında neftin qiymətindən asılı olaraq 2,9%-4,3% azalacağını proqnozlaşdırırdı.
2019-cu ildə Azərbaycanda ÜDM 2,2% artıb.