Xəbər verildiyi kimi, Azərbaycanla Özbəkistan iqtisadi əlaqələri, o cümlədən ticarəti gücləndirmək niyyətindədirlər.
Azərbaycan Özbəkistanla milyardlıq iqtisadi əməkdaşlığa doğru gedir
FED.az xatırladır ki, bu planlar avqustun 23-də prezident İlham Əliyevin Özbəkistana səfərində keçirilən görüşlərdə səsləndirilib.
Plana görə, iki ölkə arasında ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması nəzərdə tutulur.
Bildirilib ki, bu hədəfə nail olmaq üçün konkret tədbirləri özündə əks etdirən proqram qəbul olunub. Qeyd edilib ki, son beş ildə iki ölkə arasında qarşılıqlı ticarətin həcmi 3 dəfə artıb.
Bəs hazırda Özbəkistanla Azərbaycan arasında ticarət dövriyyəsi necə dəyişib?
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, hələlik Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsinin həcmləri 1 milyard dollardan uzaqdır. Doğrudur, 2025-ci ildə dövriyyə 720 milyon dollara yüksəlib. Amma digər illər,Ə eləcə də bu ilin ilk 6 ayında rəqəmlər 1 milyard dollarlıq həddən aşağıdır. Gələcəkdə iki ölkə arasında nəzərlə tutulan birgə layihələr bu göstəricinin artmasına səbəb ola bilər.
Beləliklə, Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 2021-ci ildə - 112 milyon dollar olub
Bundan 79 milyon dollar Özbəkistandan Azərbaycana idxal, 33 milyon dollar isə Azərbaycandan Özbəkistana ixrac olub.
2022-ci ildə - 183 milyon dollar olub
Bundan 137 milyon dollar Özbəkistandan Azərbaycana idxal, 46 milyon dollar isə Azərbaycandan Özbəkistana ixrac olub.
2023-cü ildə - 179 milyon dollar olub
Bundan 132 milyon dollar Özbəkistandan Azərbaycana idxal, 47 milyon dollar isə Azərbaycandan Özbəkistana ixrac olub.
2024-cü ildə - 252 milyon dollar olub
Bundan 212 milyon dollar Özbəkistandan Azərbaycana idxal, 40 milyon dollar isə Azərbaycandan Özbəkistana ixrac olub.
2025-ci ildə - 795 milyon dollar olub.
Bundan 719 milyon dollar Özbəkistandan Azərbaycana idxal, 76 milyon dollar isə Azərbaycandan Özbəkistana ixrac olub.
2026-cı ilin ilk 6 ayında isə ticarət dövriyyəsi 175,6 milyon dollar olub.
Bundan 102,3 milyon dollar Özbəkistandan Azərbaycana idxal, 73,3 milyon dollar isə Azərbaycandan Özbəkistana ixrac olub.













