2018-ci ilin yanvar-iyun aylarında ölkə iqtisadiyyatına 6 331,7 mln. manat məbləğində investisiya qoyulub.
FED.az Mərkəzi Banka istinadən xəbər verir ki, həmin məbləğin 3 505 mln. manatı qeyri-neft sektoruna yönəldilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 25,4% çoxdur.
Cəmi investisiya qoyuluşlarının 49,8%-i dövlət, 50,2%-i özəl sektorun payına düşub. Əsas kapitala yönəldilən investisiyaların 54,3%-i daxili mənbələr, 45,7%-i isə xarici mənbələr hesabına formalaşıb.
Hesabat dövründə əsas kapitala yönəldilmiş sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri (52.8%) üstünlük təşkil edir.
Qeyri-neft sektoruna investisiyalar artıb - HESABAT

23:47
31 Avq 2018