Amerikanın əmək bazarında müşahidə edilən kadr çatışmazlığı, özünü sənaye sektorunda da göstərməyə başlayıb. Məhz son zəif sənaye göstəricilərinin yayımlanmasından sonra dollar indeksində bahalaşma dinamikası zəifləmişdir. İnvestorlar isə çərşənbə axşamı dərc ediləcək növbəti statistik məlumatları gözləyirlər.
Beləliklə, EUR/USD məzənnəsində 1.17$ ətrafında üfüqi korreksiya müşahidə edilir, GBP/USD məzənnəsi 1.37 - 1.38$ aralığında dalğalanır. Qərb ölkələrində iqtisadi risklərin artması, qızıla olan tələbi artırıb. Bir unsiya üzrə qiymət 1758$ müqavimətini qırmaq üzrədir.
Ənənəvi bazarlarda aktivliyin düşməsi, qızılla yanaşı, kriptovalyuta birjalarına olan marağı da yenidən artıra bilər. Təhlillərə əsasən, bitkoin 47000$ müqavimətini qırarsa, 51000$-a kimi də bahalaşa bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.