«CPM-İnvest İnvestisiya Şirkəti»nin dövriyyəsi 18%-dən çox azalıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 2 milyard 664 milyon 489,5 min manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 18,3% azalıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 80 milyon 496,9 min manat, dövlət istiqrazları üzrə dövriyyəsi 544 milyon 38,2 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 12 milyon 741,1 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 2 milyard 25 milyon 721,4 min manat, səhmləri isə 1 milyon 491 min 930 manat olub.
Cari ildə il «CPM-İnvest İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 4,3 dəfə, dövlət istiqrazları üzrə əməliyyatları 11,8%, repo əməliyyatları isə 11,5% azalıb, səhm əməliyyatları 11,5%azalıb korporativ istiqrazlar üzrə əməliyyatlar 43% artıb.
Bu il «CPM-İnvest İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 0,2% (cəmi 4) azalaraq 2 133-dən 2 129-a düşüb.