"Biz Mərkəzi Bank olaraq həmişə qeyd edirdik ki, ölkədən portfel investisiyaların çıxılması, yəni portfel investisiya formasında xaricdən qiymətli kağızların alınması növbəti dövrlərdə bizim gəlirlərimizin artacağı barədə proqnozlarımız var idi. Artıq bu gəlirlər reallaşmağa başlayıb".
Ölkə iqtisadiyyatına investisiya qoyuluşu 15% artıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri Azərbaycan Mərkəzi Bankının statistika departamentinin direktoru Samir Nəsirov 2026-cı ilin birinci rübünün yekunlarına dair tədiyə balansının açıqlanmasına həsr olunmuş brifinqdə deyib.
Onun sözlərinə görə, bu ilin birinci rübündə ilkin gəlirlər balansında 38 milyon dollar profisit formalaşıb:
"İlkin gəlirlər balansının profisitini şərtləndirən ən əsas elementlərdən biri qiymətli kağızlar portfelindən əldə olunan faiz gəlirləridir. Qiymətli kağızlar portfelindən faiz gəlirləri xalis olaraq 234 milyon dollar təşkil edib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 50% çoxdur. İlkin gəlirlər balansında profisitin formalaşmasında rol oynayan digər komponenti yenidən investisiyalaşdırılımış gəlirlərlə bağlıdır. Yəni Azərbaycan təşkilatları tərəfindən xaricdə birbaşa xarici investisiyalar hesabına qazanılmış faiz gəlirləri ilə əlaqədar olub. Bunlar da sonradan investisiyalaşdırlmışdır. Yəni Azərbaycan müəssisələri xarici investisiyalar qarşılığında dividend faiz gəliri əldə edib, lakin onu ölkəyə gətirməyib, xarici müəssisələrə investisiya kimi yatırıb".














