«Paşa Kapital İnvestisiya Şirkəti»nin dövriyyəsi 88%-dək artıb.
FED.az xəbər verir ki, 2022-ci ilin yanvar-avqust aylarında şirkətin birja dövriyyəsi 10 milyard 402 milyon 327,2 min manat təşkil edib. 2022-ci ilin eyni dövrünə nisbətən şirkətin dövriyyəsi 87,8% artıb.
Bu dövrdə QSC-nin AMB-nin notları üzrə dövriyyəsi 1 milyard 725 milyon 487,3 min manat, dövlət istiqrazları üzrə dövriyyəsi 2 milyard 483 milyon 816,67 min manat, korporativ istiqrazlar üzrə dövriyyə 322 milyon 787.9 min manat, repo əməliyyatları üzrə dövriyyəsi 5 milyard 868 milyon 795,4 min manat, səhmləri isə 1 milyon 439 min 800 manat olub.
Cari ildə il «Paşa Kapital İnvestisiya Şirkəti»nin AMB-nin notları üzrə əməliyyatları 16%, dövlət istiqrazları üzrə əməliyyatları 82,3%, repo əməliyyatları isə 2,5 dəfə artıb, korporativ istiqrazlar üzrə əməliyyatlar 9%, səhm əməliyyatları 12,4 dəfə azalıb.
Bu il «Paşa Kapital İnvestisiya Şirkəti»nin əməliyyatlarının sayı da 2,2 dəfə artaraq 1 742-dən 3 842-yə yüksəlib.