Banner

İnvestisiya

Azərbaycanda invetisiya şirkətlərinin dövriyyəsi - AÇIQLANDI

Azərbaycanda invetisiya şirkətlərinin dövriyyəsi - AÇIQLANDI | FED.az
15:57 25 Okt 2018

Bakı Fond Birjası (BFB) birjada ticarət olunan bazarlar üzrə birja üzvlərinin dövriyyəsini açıqlayıb. FED.az xəbər verir ki, 2018-ci il yanvar-sentyabr aylarını əhatə edən hesabata görə, bütün alətləri əhatə edən cəmi əməliyyatların həcminə görə, ilk yeri «Paşa kapital» tutur. Şirkət buna əsasən dövlət istiqrazları ilə əməliyatların həcminə görə nail olub. Belə ki, «Paşa kapital»ın 6,2 milyard manatıq əməliyyatının 5,6 milyard manatı dövlət istiqrazlarının payına düşür.
 
Bundan başqa, səhm və korporativ istiqrazlarla əməliyatların həcminə görə də şirkət irəlidədir. Əməliyyatların həcminə görə sonrakı yerləri tutan «Unicapital» (3,96 milyard manat) və «İnvest-Az» şirkətləri (3,53 milyard manat) buna törəmə maliyyə alətləri (Forex bazarının hesabına nail olublar. Belə ki, adə çəkilən şirkətlərin dövriyyəsinin 3,29 milyard manatını Forex əməliyyatları təşkil edir. Dövriyyəsi 3,57 milyard manat olan "AzFinance" investisiya şirkətinin əməliyatlarının böyük hissəsini dövlət istiqrazları (2,53 milyard manat) və repo əməliyyatları 837 milyon manat tutur.
 
Ölkənin aparıcı investisiya şirkətlərindən biri, SOCAR İstiqarzlarının marketmeykeri olan «PSG kapital» şirkətinin dövriyyəsi isə 424 milyon manat təşkil edir. Dövriyyənin əsas hissəsini korporativ istiqrazlar (231 milyon manat) və dövlət istiqrazları (158,3 milyon manat).
«Xalq Kapital» investiçiya şirkətinin isə dövriyyəsi 1,42 milyard manat təşkil edib, bunun 1,33 milyard manatı dövlət istiqrazlarının payına düşüb.
 

manatla
 
Qiymətli kağızın
növünə görə
"PSG Kapital İŞ" QSC “Paşa Kapital İŞ” QSC "Unicapital İŞ" ASC
Dövlət İstiqrazları  158 309 867.82 5 585 500 740.82 625 701 005.41
Korporativ İstiqrazlar  231 108 535.81  359 442 186.39 32 799 458.64
Səhm          19 567.60 192 456 401.90 8 057 866.14
Repo    34 516 209.54 139 459 674.61 3 784 317.02
Törəmə maliyyə alətləri                      -                          -   3 286 701 003.16
Cəmi əməliyyatların həcmi (şirkətlər üzrə)  423 954 180.77  6 276 859 003.72  3 957 043 650.37
 
 
manatla
 
Qiymətli kağızın
növünə görə
"Kapital Menecment İŞ"   ASC "İnvest-Az İŞ" QSC* "Xalq Kapital İŞ" QSC "AzFinance İnvestisiya    Şirkəti" QSC
Dövlət İstiqrazları                    -       233 242 558.13 1 329 554 808.50 2 530 286 695.78
Korporativ İstiqrazlar                    -          8 536 476.64 11 852 100.06 119 922 618.14
Səhm                    -                5 185.80    9 860.00 83 395 800.38
Repo                    -                          -   76 499 842.60 836 911 544.17
Törəmə maliyyə alətləri                    -   3 286 701 003.16                        -                          -  
Cəmi əməliyyatların həcmi (şirkətlər üzrə)                    -   3 528 485 223.73 1 417 916 611.16  3 570 516 658.46

Digər xəbərlər

Banner