Azərbaycan və Qırğızıstan müştərək investisiya fondu yaradacaqlar.
Eləcə də bax: Azərbaycan və Türkiyə birgə investisiya fondu - Yaradır
FED.az xəbər verir ki, Qırğızıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər bu barədə Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayevin Qırğızıstan nümayəndə heyətinin Bakıya rəsmi səfəri çərçivəsində Azərbaycanın Baş naziri Əli Əsədovla görüşü zamanı razılığa gəliblər.
Görüşdə ikitərəfli münasibətlərin aktual məsələləri müzakirə olunub, müştərək investisiya fondunun yaradılması barədə razılığa gəlinib və Bakı-Bişkek marşrutu ilə birbaşa uçuşların bərpa edilməsi imkanları nəzərdən keçirilib.
Bununla yanaşı, Qırğızıstan paytaxtında Azərbaycan hökumətinin qrantları hesabına istirahət parkının və orta məktəbin tikintisinin başa çatdırılması, həmçinin Bakıda Qırğızıstan ticarət evinin yaradılması ilə bağlı məsələ müzakirə olunub.
Bundan əlavə, R. Kazakbayev və Ə. Əsədov Qırğızıstana COVID-19 əleyhinə peyvənd tədarükü üzrə qarşılıqlı fəaliyyət və əməkdaşlıq məsələlərini müzakirə ediblər.
Qırğızıstan tərəfi görüşdə investisiyaların cəlb edilməsi, korrupsiya və cinayətkarlarla mübarizə, dövlət idarəetməsi və məhkəmə sistemi sahəsində islahatlarla bağlı Azərbaycan təcrübəsinin öyrənilməsinə maraq göstərin. Öz növbəsində, Ə. Əsədov 2021-ci ilin payızında Qırğızıstana səfər etməyə hazır olduğunu bildirib. (Apa)