Xəbər verdiyimiz kimi, bir müddət əvvəl dövlət nəfinə müsadirə edilən Bakı Oksford Məktəbinin binası satışa çıxarılıb.
«Bakı Oksford School» sahibindən alındı – 25 MİLYONA SATIŞA ÇIXARILDI - FOTOLAR
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, icra məmuru tərəfindən 24.7 milyon manata satışa çıxarılan obyekti hərracda alan olmayıb.
Ötən gün 2-ci dəfə təkrar hərraca çıxarılmış qeyri-yaşayış binasına heç bir hüquqi və fiziki şəxs tərəfindən sifariş verilməyib.
Bu səbəbdən Bakı şəhəri, Səbail rayonu, Abbasqulu Abbaszadə küçəsi, 108 ünvanında yerləşən bina 3-cü dəfə 10 faiz endirimlə təkrar hərraca çıxarılacaq.
Qeyri-yaşayış binası bu dəfə 22 milyon 232 min 700 manata təklif olunacaq.
Qeyd edək ki, məktəb “Baku Steel Company”nin keçmiş sahibi Rasim Məmmədovun cinayət işi üzrə müsadirə edilib. Məhkəmədə məlum olub ki, məktəbin tikintisi “Baku Steel Company”dən mənimsənilən vəsaitlər hesabına tikilib və kənar heç kəs məktəbin tikintisinə pul xərcləməyib.