İstanbulda ola biləcək güclü zəlzələyə qarşı şəhər daxilində işlərə başlanacaq.
Ərdoğan: "Zəlzələnin Türkiyə iqtisadiyyatına vurduğu zərər 100 milyard dolları keçib"
FED.az xəbər verir ki, bunu Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Mehmet Özhaseki deyib.
İstanbulda baş verə biləcək zəlzələyə qarşı rayon bələdiyyə sədrləri ilə danışdıq və prinsipial olaraq razılaşdıq. Gələn həftə işə başlayırıq - deyə türkiyəli nazir əlavə edib.
Xatrıladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ baş verib. Dərinliyi 7 kilometr olan zəlzələ 10 vilayətdə ciddi dağıntılara və təxminən 50 min insanın ölümünə səbəb olub. (Trend)