Daşınmaz əmlak almaq istəyənlərdən deklorasiya tələb olunur.
Bakıda adambaşına düşən mənzil sahəsi 25 m2-ə qədər artırılacaq
FED.az xəbər verir ki, dəyəri 20 min mindən artıq olan ev, mənzil, bağ sahəsi almaq istəyənlər pulun mənbəyi ilə bağli notariusa sənəd təqdim etməlidir.
Bununla bağlı sosial şəbəkələrdə son günlər müxtəlif müzakirələr aparılır.
Məlumatı dəqiqləşdirmək üçün ilk öncə paytaxtda yerləşən bəzi notariuslarla əlaqə saxladıq. Onlar şifahi olaraq bildirdilər ki, bəli sistemdə belə bir tələb mövcuddur. Hələ ki, sənəd tələb edilmir. Məlumatlar şifahi olaraq soruşulur. Amma gələcəkdə belə bir sənəd də tələb olunacaq. Qeyd edildi ki, bütün notariuslarda proses eyni qaydada həyata keçirilir.
Məsələyə Ədliyyə Nazirliyindən münasibət bildirilib. (Xezerxeber.az)