Paytaxtda evlərin qiyməti artıb.
“Mənzil bazarında 13-15 faiz bahalaşma gözlənilir” - ARAŞDIRMA
FED.az xəbər verir ki, bəzi ərazilərdə 5, bəzilərində isə 16 faiz bahalaşma var.
Ekspertlər bildirir ki, 2023 cü ilin son ayı ilə müqayisədə 2024 cü ilin sonuncu ayında evlərin qiyməti 13,3% artıb. İqtisadçı ekspert Vüqar Orucun sözlərinə görə, təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin 1 kvadrat metrinin qiyməti ay ərzində 1,9% , illik isə 12,3% artıb. Köhnə tikililərdə isə ay ərzində 1,5%, illik artım isə 10,5% təşkil edib.
Onlar bildirir ki, növbəti ildə daha böyük bir artım ola bilər.
Vüqar Oruc qeyd edib ki, mərkəzi ərazilər və mərkəzə yaxın bölgələrdə qiymət artımı daha yüksəkdir, kənar rayonlarda isə artım azdır.
Belə ki, ən çox artım Nərimanov rayonunda, ən az artım isə Qaradağ rayonunda müşahidə olunur. Ortalama artım isə 12.2% dir.