Azərbaycanın tikinti sektorunda 2022-2025-ci illərdə orta hesabla 3% ətrafında artımın olacağı proqnozlaşdırılır.
Eləcə də bax: Uçot dərəcəsinin qaldırılması əmlak bazarına - Necə Təsir Göstərəcək?
FED.az biznes və maliyyə xəbərləri portalı Apa-ya istinadən xəbər verir ki, bu, Azərbaycan Respublikası dövlət büdcəsinin 2022-ci il və növbəti üç il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərində əks olunub.
Sahə üzrə 2022-ci ildə bu göstəricinin 2,9%, 2023-cü ildə – 2,8%, 2024-cü ildə – 2,9%, 2025-ci ildə isə 3,3% təşkil edəcəyi proqnozlaşdırılır.
Gələn il ölkənin tikinti sektoru üzrə 13 768,5 mln. manat gəlirin əldə olunacağı gözlənilir. Bu göstərici 2023-cü ildə 14 413,3 mln. manat, 2024-cü ildə – 15 113,9 mln. manat, 2025-ci ildə isə 15 883,4 mln. manata çatacağı ehtimal olunur. Göründüyü kimi, 2022-2025-ci illərdə tikinti sektorunun gəlirləri 60 mlrd. manata yaxın (59 179,1 mln. manat) olacağı gözlənilir.
Yaxın dörd ildə sektor üzrə illik əlavə dəyərin xüsusi çəkisi 43,4% təşkil edəcəyi proqnozlaşdırılır.