Bu ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,1% artıb.
AMB: Mənzil bazarında qiymət artımı tempində sabitləşmə müşahidə olunur
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə qiymətlər ilkin mənzil bazarında (yeni tikililər) 13,1%, təkrar mənzil bazarında (köhnə mənzillər) isə 8,1% artıb.
Ötən ilin IV rübü ilə müqayisədə isə ümumi mənzil bazarında qiymətlər 2,2% yüksəlib. Bu dövrdə ilkin mənzil bazarı üzrə qiymətlərdə 1,8%, təkrar mənzil bazarı üzrə isə 2,2% artım qeydə alınıb. (Apa)













