Elon Maska məxsus sosial media platforması X köhnəlmiş istifadəçi hesablarını satmağa başlayıb. Bununla bağlı potensial alıcılara e-poçtlar göndərilib.
Maskdan banklara həmlə: «Daha bank hesabına ehtiyacınız olmayacaq» - «X» bank xidmətinə başlayır
FED.az xəbər verir ki, bu addımla X əməliyyat xərclərini azaltmağı və gəlirini artırmağı hədəfləyir. Eyni zamanda bu addım X-in maliyyə davamlılığı üçün yenilikçi bir yanaşma kimi seçilir.
Forbes-in xəbərinə görə, X köhnə “Twitter” hesablarını satmaq üçün bazar yaratmaq üzərində işləməyə başlayıb.
FED.az xəbər verir ki, “X” sosial şəbəkəsi bəzilərini maraqlandıran alıcıları e-poçt vasitəsilə məlumatlandıraraq və bu istifadəçi adlarını 50 000 dollara satışa çıxarmağı hədəfləyir.
Bundan əvvəl Elon Musk yaxın gələcəkdə 1,5 milyard istifadəçi adını yenudən paylanması planlarını təsdiqləmişdi.
Bu, köhnə və ya istifadə olunmamış istifadəçi adlarını yenidən əlçatan etmək deməkdir. X-in adını dəyişdirdikdən və Linda Yaccarinonu CEO olaraq işə götürdükdən sonra platforma istifadə olunmamış hesabları öz saytından təmizləməyə başladı. Bu hərəkət X-in adının tanınması və təsirini artırmaq üçün atdığı yaradıcı addımlardan sadəcə biridir.