Qalib komanda Azərbaycanı ABŞ-də təmsil edəcək
FED.az xəbər verir ki, bu il Azərbaycan ilk dəfə olaraq startaplar üzrə ən nüfuzlu dünya çempionatı hesab edilən “Startup World Cup”ın regional tədbirinə ev sahibliyi edəcək. Tədbir ölkənin lider mobil operatoru Azercell-in sponsorluğu ilə sentyabr ayının 19-u ADA Universitetində baş tutacaq.
Qeyd edək ki, regionun ən perspektivli startaplarını bir araya gətirəcək bu tədbir “Technovate Investments” və “Pegasus Tech Ventures”in təşəbbüsü ilə keçirilir. Müsabiqəyə tərəfdaş qismində qatılan Azercell ölkəmizdə startap mədəniyyətinin inkişafına, sahibkarlıq ekosisteminin və innovasiyaların təşviqinə töhfə verməyi hədəfləyir.
Yarışma çərçivəsində yerli startaplar sahibkarlıq ideyalarını beynəlxalq müstəvidə nümayiş etdirmək imkanı da əldə edəcəklər. Belə ki, layihələrin dəyərləndirilməsi müxtəlif sektorları təmsil edən səkkiz nəfərlik jüri heyəti tərəfindən aparılacaq. Yekunda qalib gəlmiş bir startap müsabiqənin final mərhələsində ölkəmizi ABŞ-də təmsil edəcək.
Bu günə kimi 100-ə yaxın startap müsabiqədə iştirak üçün artıq qeydiyyatdan keçib.
Qeyd edək ki, “Startup World Cup” ən yaxşı startapları, vençur kapitalistləri, sahibkarları və texnologiya sahəsində dünya üzrə tanınmış ekspertləri bir araya gətirən qlobal konfrans və yarışmadır. Bu müsabiqə 60-dan çox ölkədə keçirilir.
Layihə haqqında ətraflı məlumat əldə etmək üçün: