Samsung və Xiaomi-nin qlobal miqyasda bazar payı azalıb.
Eləcə də bax: Köhnə smartfonları yavaş işlədiyinə görə - «APPLE» 25 MİLYON AVRO CƏRİMƏLƏNDİ
FED.az xəbər verir ki, bu haqda “Global Stats” analitik şirkəti məlumat yayıb.
Məlumata görə, bu ilin fevral ayında Samsung şirkətinin smartfon bazarında payı 30.91%, Xiaomi-nin isə 7.8% olub.
Qeyd olunan şirkətlərin nəticələri cari ilin yanvar ayı ilə müqayisədə azdır. Bu ilin ilk ayında Samsung şirkətinin smartfon bazarında dünya üzrə bazar payı 31.29%, Xiaomi-nin 8.1% olmuşdur.
Apple və Huawei şirkətlərinin isə əksinə, qlobal miqyasda bazar payında artım müşahidə olunub.
Yanvar ayında Apple şirkətinin bazar payı üzrə göstəricisi 24.76%, fevral ayında bu rəqəm 25.89% olub. Huawei-in bu sahə üzrə yanvar göstərici 10.61%, fevral ayında isə 10.98%-ə çatıb.
TED