Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin müasir standartlara cavab verən yenilənmiş veb-saytı ictimaiyyətin istifadəsinə verilib.
FED.az xəbər verir ki, veb-sayt həm funksionallıq, həm də dizayn baxımından müasir tələblərə uyğunlaşdırılıb, yeni modullar əlavə edilib.
Minimalist üslubda və innovativ yeniliklər əsasında hazırlanan sayt istifadədə asan olması ilə fərqlənir.
Veb-sayt Azərbaycan, ingilis və rus dillərindədir.