İyulun 14-də Audiovizual Şuranın iclası keçirilib.
Audiovizual Şura və MEDİA-ya yeni səlahiyyət verilib - CƏRİMƏLƏR - FƏRMAN
FED.az xəbər verir ki, toplantıda universal platforma operatoru lisenziyasının alınması üçün "Azlink" MMC-dən Audiovizual Şuraya daxil olmuş müraciətə baxılıb, iddiaçının təqdim etdiyi sənədlər incələnib.
Müzakirələrdən sonra "Azlink" MMC-yə (xidmətin adı: "Azlink" olmaqla) universal platforma operatoru lisenziyasının verilməsi barədə müvafiq qərar qəbul olunub.